Braziliyada prezident seçkiləri: Lula və Bolsonaro üz-üzə

Braziliyada prezident seçkilərinə iki həftədən də az vaxt qalıb. Son sorğular ölkə Prezidenti Luiz İnasio Lula da Silva ilə senator Flavio Bolsonaro arasında mübarizənin kəskinləşdiyini göstərir.
Sfera.az xəbər verir ki, bazar ertəsi açıqlanan iki yeni sorğunun nəticələrinə əsasən, namizədlər mümkün ikinci turda demək olar ki, eyni nəticəni göstərirlər.
Oktyabrın 4-də keçiriləcək ilk turda namizədlərdən heç biri etibarlı səslərin 50 faizindən çoxunu qazanmasa, ən çox səs toplayan iki namizəd oktyabrın 25-də keçiriləcək ikinci tura keçəcək.
Quaest şirkətinin keçirdiyi sorğuya əsasən, mümkün ikinci turda Flavio Bolsonaro 42 faiz, Lula da Silva isə 41 faiz səs toplaya bilər.
BTG Pactual/Nexus sorğusunda isə Lula 46 faiz, Bolsonaro 45 faiz dəstəyə malikdir.
Beləliklə, son sorğularda namizədlər arasındakı fərq minimuma enib. Avqustun 5-də keçirilən əvvəlki Quaest sorğusunda Lula 44 faiz, Bolsonaro isə 39 faiz dəstək toplamışdı.
Lula Braziliya prezidenti kimi ardıcıl olmayan dördüncü müddətə namizədliyini irəli sürüb. Onun əsas rəqibi isə ABŞ Prezidenti Donald Trampın müttəfiqi olan keçmiş prezident Jair Bolsonaronun oğlu Flavio Bolsonarodur.
İnci
Sfera.az






