“Xiaomi 18 Pro” modellərinin təqdimat tarixi məlum oldu

“Xiaomi 18 Pro” modellərinin təqdimat tarixi məlum oldu
Kateqoriya məlum deyil
T

“Xiaomi” şirkəti sentyabrın 23-də təqdim edəcəyi yeni flaqman modelləri – “Xiaomi 18 Pro” və 18 Pro Max smartfonlarının təqdimat tarixini və beş əsas texniki xüsusiyyətini açıqlayıb.

Sfera.az xəbər verir ki, Çinin texnologiya nəhəngi “Xiaomi” çoxdan gözlənilən yeni flaqman seriyasının sentyabrın 23-də keçiriləcək payız təqdimatında nümayiş etdiriləcəyini bildirib.

Açıqlanan rəsmi məlumatlara əsasən, Pro və Pro Max modellərinin eyni prosessor platformasına, ekran texnologiyasına və kamera sisteminə sahib olacağı təsdiqlənib.

“Xiaomi 18 Pro” modelləri hansı xüsusiyyətlərə malik olacaq?

Hər iki smartfon yüksək performans və enerji səmərəliliyi vəd edən 2 nanometrlik texnologiya ilə hazırlanan yeni nəsil flaqman prosessorla təchiz ediləcək.

Kamera sistemində isə biri əsas, digəri periskop telefoto olmaqla, iki 200 meqapiksellik sensorun yer aldığı “Leica” imzalı qabaqcıl kamera quruluşundan istifadə olunacaq.

Yeni nəsil M11 Super Pixel ekran paneli ilə təchiz ediləcək modellərdə ekran çərçivələri cəmi 0,99 millimetrə endiriləcək. Bu da smartfonların olduqca incə çərçivələrə sahib olacağını göstərir.

Silikon tərkibi 32 faizə çatdırılan yeni nəsil batareya texnologiyası sayəsində “Xiaomi 18 Pro” modelinin 7 000 mAh, Pro Max versiyasının isə 8 500 mAh tutumlu batareya ilə təqdim ediləcəyi bildirilir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR