Avropanın bu ölkələrində uçuşlarda problem yarandı

İngiltərə, Şotlandiya və Şimali İrlandiyada texniki nasazlıq səbəbindən bəzi uçuşlarda gecikmə və digər problemlər yaşanıb.
Sfera.az xəbər verir ki, İngiltərənin Milli Hava Trafiki Xidməti (NATS) ABŞ-ın “X” sosial media platformasındakı paylaşımında Şotlandiya, Şimali İrlandiya və İngiltərənin şimalında texniki problem səbəbindən uçuşlarda fasilələrin yarandığını açıqlayıb.
NATS problemin artıq aradan qaldırıldığını bildirib. Qurum qeyd edib ki, uçuşlarda yaranan aksaklıqları minimuma endirmək məqsədilə qalan hava hərəkəti məhdudiyyətlərinin mümkün qədər tez və təhlükəsiz şəkildə aradan qaldırılması üçün hava limanları və aviaşirkətlərlə sıx əməkdaşlıq edilir.
Açıqlamada problemin bağlantı nasazlığından qaynaqlandığı və sentyabrın əvvəlində baş verən digər hava sistemi problemi ilə əlaqəsinin olmadığı bildirilib.
Qeyd edək ki, sentyabrın 8-də İngiltərədə uçuşların emalı sistemində aşkarlanan texniki nasazlıq səbəbindən 2 mindən çox uçuşda problem yaranıb. Gündə təxminən 8 min uçuşu idarə edən sistemlərin yenidən işə salınması isə bir neçə saat çəkib.
Bəsti Rəfizadə






