İpoteka kreditlərinin sayı 60 mini keçib

İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib.
Sfera.az-a bu barədə İKZF-dən məlumat verilib. Məlumata görə, indiyədək Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 4 milyard 92 milyon manat məbləğində 60 016 ipoteka krediti, o cümlədən, 2 milyard 966 milyon manat məbləğində 41 013 adi ipoteka krediti, 1 milyard 126 milyon manat məbləğində 19 003 güzəştli ipoteka krediti verilib.
Eyni zamanda şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə Fond tərəfindən 156,6 milyon manat məbləğində 1624 ipoteka krediti üzrə zəmanət verilib.
Qeyd edək ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.
Bəsti Rəfizadə






