Edisdən gözlənilməz etiraf: "Şəxsi həyatımda biri var"

Edisdən gözlənilməz etiraf: "Şəxsi həyatımda biri var"
Kateqoriya məlum deyil
T

Şəxsi həyatını uzun illərdir mediadan uzaq tutmağa çalışan məşhur türkiyəli müğənni Edis son konsertində verdiyi açıqlama ilə diqqət çəkib. Sənətçi səhnədə sevgi həyatı ilə bağlı sözləri ilə həyatında xüsusi birinin olduğunu bildirib.

Sfera.az xəbər verir ki, “Benim Ol” mahnısı ilə geniş populyarlıq qazanan və sonrakı layihələri ilə Türkiyə pop musiqisinin tanınmış simalarından birinə çevrilən Edis karyerasından fərqli olaraq şəxsi həyatı barədə danışmağı sevmir.

O, münasibətləri ilə bağlı sualları adətən cavabsız qoyur və ya qısa açıqlamalarla kifayətlənir.

Lakin son konsertində müğənninin bu mövzuda daha rahat davrandığı diqqətdən yayınmayıb. Tamaşaçılarla söhbət edən Edis özünü yaxşı hiss etdiyini bildirərək şəxsi həyatı ilə bağlı maraqlı ifadə işlədib:

“Yeri gəlmişkən, mən heç də pis deyiləm. Özümü necə də idarə edə bilmədim”.

Bu sözlərin ardınca müğənninin gülməsi də tamaşaçıların diqqətindən yayınmayıb. Edisin bu açıqlaması onun həyatında yeni bir münasibətin olub-olmaması ilə bağlı uzun müddətdir davam edən marağı daha da artırıb.

Müğənni konkret olaraq sevgilisinin kim olduğunu açıqlamasa da, səhnədəki sözləri şəxsi həyatında yeni birinin olduğu barədə işarə kimi qiymətləndirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR