Bergüzar Korel arıqladıqdan sonra ilk dəfə belə göründü

Kateqoriya məlum deyil
T
Məşhur aktrisa Bergüzar Korel evindən paylaşdığı fotosu ilə diqqət çəkib. Onun makiyajsız görünüşü, rahat ev geyimi və formada olması izləyicilərin marağına səbəb olub.
Sfera.az xəbər verir ki, “A.B.İ.” serialının heyətinə Leyla obrazı ilə daxil olan Bergüzar Korel çəkilişlərdən qalan vaxtını evində keçirir.
Üç uşaq anası olan aktrisa son dövrlərdə təxminən 25 kiloqram arıqlaması ilə gündəmə gəlib. Korel bu dəfə evində iti ilə keçirdiyi xoş anları sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Ağ köynək, qara tayt və corablarla kamera qarşısına keçən aktrisanın rahat ev tərzi və makiyajsız görünüşü pərəstişkarları tərəfindən bəyənilib. Bergüzar Korelin təbii görüntüləri sosial mediada böyük maraq doğurub.
Mənsumə

Açar sözlər:






