Ərdoğan: "Onların veto hüququ ləğv edilsin"

Ərdoğan: "Onların veto hüququ ləğv edilsin"
Kateqoriya məlum deyil
T

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatların aparılmasına, o cümlədən daimi üzvlərin veto hüququnun ləğv edilməsinə çağırıb.


Sfera.az xəbər verir ki, prezident “Bloomberg” üçün yazdığı “Dəyişən dünyada qlobal ədalət axtarışı" adlı məqaləsində pandemiyalar, enerji şokları, təchizat zəncirlərindəki fasilələr və regional münaqişələr də daxil olmaqla son böhranların qlobal problemlərin həllini bir neçə paytaxtın qərarlarına buraxmağın doğru olmadığını göstərdiyini vurğulayıb.

O əlavə edib ki, qlobal qərar qəbuletmə mexanizmləri artıq bugünkü şərtlərə uyğunlaşmalı, BMT Təhlükəsizlik Şurasında İkinci Dünya müharibəsindən sonra qurulmuş struktur aradan qaldırılmalıdır.


R. T. Ərdoğan daha təsirli, ədalətli və hesabatlı təmsilçilik sisteminin zəruri olduğunu qeyd edib və qlobal qərar qəbuletmədə daha geniş iştiraka çağırıb.

O, Türkiyənin “dünya beşdən böyükdür” tezisinin beynəlxalq sistemdə məsuliyyətin daha geniş bölüşdürülməsinə çağırış kimi başa düşülməli olduğunu bildirib. Türkiyə Prezidenti əlavə edib ki, illərdir BMT TŞ veto hüququna malik beş üzvün, yəni ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çinin qeyri-mütənasib təsiri ilə üzləşir. Onun sözlərinə görə, islahat ehtiyacını konkret yol xəritəsinə çevirmək vacibdir.

Bu yol xəritəsinin mərkəzində veto imtiyazının ləğvi dayanmalıdır. Ərdoğan əlavə edib ki, islahatlar heç bir ölkənin beynəlxalq ictimaiyyətin əksəriyyətinin iradəsini bloklamaq üçün daimi imtiyaza malik olmaması prinsipinə əsaslanmalıdır.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR