Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər

Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər
Kateqoriya məlum deyil
T

ABŞ-da təxminən 40 min insanın uzun illər ərzində izlənildiyi araşdırmada müntəzəm yumurta istehlakı ilə “Alzheimer” xəstəliyinə tutulma riskinin daha aşağı olması arasında əlaqə aşkarlanıb.

Sfera.az xəbər verir ki, Loma Linda Universitetinin alimləri 39 498 nəfərin qidalanma vərdişlərini və sağlamlıq məlumatlarını təhlil ediblər. İştirakçılar orta hesabla 15,3 il izlənilib və bu müddətdə 2 858 nəfərə “Alzheimer” diaqnozu qoyulub.

Nəticələrə görə, həftədə ən azı 5 dəfə yumurta yeyənlərdə “Alzheimer” riski yumurtanı heç yeməyən və ya nadir hallarda istehlak edənlərlə müqayisədə 27 faiz daha aşağı olub. Həftədə 2-4 dəfə yumurta yeyənlərdə bu göstərici 20 faiz, ayda 1-3 dəfə yeyənlərdə isə 17 faiz təşkil edib.

Alimlər bunun mümkün səbəblərindən birinin yumurtada zəngin olan kolin maddəsi ilə bağlı ola biləcəyini bildirirlər. Kolin yaddaş və öyrənmə proseslərində mühüm rol oynayan asetilxolinin istehsalında iştirak edir.

Bununla belə, tədqiqat müşahidə xarakterli olduğundan yumurtanın “Alzheimer” xəstəliyinin qarşısını birbaşa aldığı sübut edilməyib. Tədqiqatçılar daha dəqiq nəticələr əldə etmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR