Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?

Məşhur türkiyəli müğənni Serdar Ortaç səhnə aldığı məkanda mikrofonu əlinə alaraq vəsiyyəti ilə bağlı açıqlama verib.
Sfera.az xəbər verir ki, türk pop musiqisinin tanınmış simalarından olan sənətçi bu dəfə mahnıları ilə deyil, mirası ilə bağlı sözləri ilə gündəmə gəlib.
Serdar Ortaç Kadir İnanırın etdiyi kimi, ölümündən sonra mirasının necə bölüşdürüləcəyini indidən planlaşdırdığını bildirib. O, “Həyatda ikən mirasımı yazdım” deyib.
Müğənni mirasını uzun illərdir yanında çalışan insanlara, eləcə də ötən illərdə vəfat edən qardaşının övladlarına buraxacağını açıqlayıb.
Ortaç həmçinin ölümündən sonra əmlakının necə bölüşdürülməsi ilə bağlı son qərarın həmin şəxslər arasında verilməsini istədiyini bildirib.
Serdar Ortaç 2023-cü ildə də mirası ilə bağlı açıqlama verib. “Övladım yoxdur, ona görə işçilərimə verəcəyəm. Onsuz da bir ev var, onu da onlar bölüşəcək”, - deyə sənətçi bildirib.
Mənsumə






