Əraqçi: "İran xalqının haqqını ən böyük kürsüdə müdafiə edəcəyik"

Əraqçi: "İran xalqının haqqını ən böyük kürsüdə müdafiə edəcəyik"
Kateqoriya məlum deyil
T

İran xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə səfəri çərçivəsində İranın mövqeyini beynəlxalq platformada müdafiə edəcəklərini bildirib.


Sfera.az xəbər verir ki, nazirin sözlərinə görə, BMT Baş Assambleyasının sessiyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkian və onun özü müxtəlif görüşlər keçirəcək.


“İlk növbədə bizim ən mühüm məqsədimiz İran xalqının haqqını və maraqlarını beynəlxalq aləmin ən böyük kürsüsündə müdafiə etməkdir. BMT kürsüsü də ən böyük kürsüdür”, – deyə Əraqçi bildirib.


İranlı nazir BMT-nin beynəlxalq sülhün təmin olunması istiqamətində kifayət qədər effektiv fəaliyyət göstərə bilmədiyini də qeyd edib.


Əraqçi bəzi ölkələrin öz hərəkətlərini tamamilə qanuni hesab etdiyini və beynəlxalq hüququ nəzərə almadığını söyləyib. O, bəzi Avropa ölkələrinin isə bununla yanaşı, Fələstin, Qəzza, Livan və İrana qarşı törədilən əməllər qarşısında səssiz qaldığını iddia edib.


Nazir BMT-yə inamın yenidən bərpa edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq təşkilata etimadın necə itirildiyi və onun yenidən necə bərpa oluna biləcəyi müzakirə edilməlidir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR