Adriana Lima son görünüşü ilə heyran etdi

Adriana Lima son görünüşü ilə heyran etdi
Kateqoriya məlum deyil
T

Dünyaca məşhur model Adriana Lima podiumlara qayıtmağa hazırlaşır. Son görünüşü ilə diqqət çəkən model sosial şəbəkələrdə çoxsaylı təriflər alıb.

Üçüncü övladının dünyaya gəlməsindən sonra aldığı çəki ilə tez-tez maqazin gündəminə gələn Adriana Lima yenidən formaya düşüb.

Sfera.az xəbər verir ki, son vaxtlar yenidən podiuma çıxmağa hazırlaşan Adriana Limanın bu il keçiriləcək moda nümayişi üçün uzun müddətdir intensiv məşq proqramı həyata keçirdiyi bildirilir.

Məşhur modelin təxminən bir ildir idman və qidalanma ilə bağlı nizamlı rejimə əməl etdiyi qeyd olunur. Həftənin yeddi günü idman etdiyi və qidalanma proqramına ciddi riayət etdiyi deyilən Lima son görünüşü ilə pərəstişkarlarını bir daha heyran edib.

Onu da qeyd edək ki, Adriana Lima Madrid Moda Həftəsində görüntülənib. Onun görünüşü sosial şəbəkələrdə geniş müzakirə olunub.

İstifadəçilər məşhur model haqqında “45 yox, 25 yaşındadır”, “İllər ona təsir etməyib” kimi şərhlər yazıblar.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR