Hər gecə bu səslə yatırsınızsa…

Hər gecə bu səslə yatırsınızsa…
Kateqoriya məlum deyil
T

Xoruldayan partnyorla eyni otaqda yatmaq yalnız gecə rahatlığını deyil, insanın ümumi sağlamlığını da təsir edə bilər. Mütəxəssislər gecə ərzində tez-tez bölünən yuxunun diqqət və yaddaş problemlərinə, yorğunluq və stressə səbəb ola biləcəyini bildirirlər.

Sfera.az xəbər verir ki, xoruldama yuxu zamanı yuxarı tənəffüs yollarındakı yumşaq toxumaların titrəməsi nəticəsində yaranır. Problem geniş yayılsa da, çox vaxt ciddi qəbul edilmir. Halbuki xoruldayan şəxsin yanında yatan insan da səs səbəbindən yuxusunun keyfiyyətini itirə bilər.

Mütəxəssislərin sözlərinə görə, yuxunun tez-tez bölünməsi beynin gün ərzində əldə edilən məlumatları emal etməsinə və yadda saxlamasına mane ola bilər. Nəticədə insan səhərlər yorğun oyanır, gün ərzində diqqətini toplamaqda çətinlik çəkir və daha əsəbi ola bilər.

Xoruldama cütlüklərin münasibətlərinə də təsir göstərə bilər. Davamlı yuxusuzluq gərginliyi və mübahisələri artırır, bəzi cütlüklər isə rahat yatmaq üçün ayrı otaqlara keçirlər. Bu vəziyyət zamanla emosional və fiziki yaxınlığın azalmasına səbəb ola bilər.

Hansı hallarda həkimə müraciət edilməlidir?

Yuxu zamanı nəfəsin dayanması, boğulma hissi ilə oyanma və səhərlər baş ağrısı kimi əlamətlər yuxu apnesinə işarə edə bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır.

Adi xoruldama zamanı isə çəki azaltmaq, siqaret və alkoqol istifadəsini məhdudlaşdırmaq, həmçinin yatış vəziyyətini dəyişmək faydalı ola bilər. Həkim məsləhəti ilə xüsusi ağız aparatlarından da istifadə edilə bilər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR