Ekranlardan uzaqlaşdı, başqa sahəyə yönəldi - Pınar təəccübləndirdi

“Adanalı” serialında canlandırdığı Pınar obrazı ilə geniş izləyici kütləsinin rəğbətini qazanan Tuğçe Özbudak uzun müddətdir ekranlardan uzaqdır. Məşhur aktrisa illər ərzində görünüşündə etdiyi dəyişiklik və seçdiyi yeni peşə ilə yenidən gündəmə gəlib.
Sfera.az xəbər verir ki, bir vaxtlar dövrünün məşhur seriallarından olan “Adanalı”da Pınar obrazını canlandıran Tuğçe Özbudak, Oktay Kaynarca, Mehmet Akif Alakurt, Selin Demiratar və Serenay Sarıkaya kimi aktyorlarla eyni layihədə rol almışdı.
İllər ərzində görünüşündə böyük dəyişikliklər edən Özbudakın son halı sosial mediada diqqət çəkib. Estetik əməliyyatlardan sonra görünüşünü dəyişən aktrisanın fiziki görünüşündə də nəzərəçarpacaq dəyişiklik olduğu bildirilib.
Dəyişikliyi ilə gündəmə gələn Tuğçe Özbudak aktyorluğu artıq davam etdirmədiyini açıqlayıb. O, özünə tamamilə fərqli bir yol seçərək daşınmaz əmlak sahəsinə yönəldiyini bildirib:
“Aktyorluğu buraxdım. Uzun çəkiliş saatları və iş şəraitinin ağırlığı artıq məni yormuşdu. İndi daşınmaz əmlak sahəsinə yönəlmişəm”.
Beləliklə, “Adanalı” serialının Pınarı kimi tanınan Tuğçe Özbudak ekranlardan uzaqlaşaraq peşə həyatını tamamilə fərqli sahədə davam etdirməyə başlayıb.
İradə Elsevər








