Qəzzanın qurulmasına 71 milyard dollar lazımdır - Hesabat
BMT, Avropa İttifaqı və Dünya Bankının birgə qiymətləndirməsinə əsasən, Qəzza zolağının bərpası və yenidən qurulması üçün növbəti 10 il ərzində 71,4 milyard dollar tələb olunur. Sfera.az xəbər verir ki, bu barədə Qəzza üzrə Sürətli Zərər və Ehtiyacların Qiymətləndirilməsi (RDNA) hesabatında məlumat verilib. Hesabata görə, Qəzzada fiziki infrastrukturun dağıdılması nəticəsində dəyən zərərin 35,2 milyard dollar, iqtisadi və sosial itkilərin isə 22,7 milyard dollar olduğu təxmin edilir.