Netanyahunun BMT-dəki çıxışı zamanı zalı tərk etdilər - Onlardan başqa...

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edən zaman bir sıra ölkələrin nümayəndələri zalı tərk edib.
Sfera.az xəbər verir ki, Netanyahu ona etiraz edən nümayəndələrə müraciət edərək onları “qorxaqlar” adlandırıb və zalı tərk etməyən digər nümayəndələrdən də çıxmalarını istəyib.
Etiraz edən nümayəndələrin zalı tərk etməsindən sonra Netanyahu çıxışını demək olar ki, boş salonda davam etdirib. Netanyahunun çıxışı zamanı zalı tərk etməyən ölkələr arasında Azərbaycan da olub.
Azərbaycan nümayəndəsi zalın əhəmiyyətli hissəsi boşaldıqdan sonra da İsrail Baş nazirinin çıxışını dinləməyə davam edib. Həmin vaxt zalı tərk etməyən ölkələr arasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yunanıstanın da olduğu bildirilib.
Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis isə daha sonra Netanyahu ilə ayrıca ikitərəfli görüş keçirib.
Bəsti Rəfizadə






