Zuhal Topal yeni yaşını belə qarşıladı

Zuhal Topal yeni yaşını belə qarşıladı
Kateqoriya məlum deyil
T

Türkiyəli aktrisa və aparıcı Zuhal Topal 50 yaşını ailəsi və yaxınları ilə birlikdə qeyd edib. Məşhur aparıcı doğum günü görüntülərini sosial media hesabında paylaşaraq yeni yaşına dair hisslərini bölüşüb.

Sfera.az xəbər verir ki, “Yemekteyiz” proqramının aparıcısı evində ailəsi və yaxınları ilə tort kəsərək 50 yaşını qarşılayıb. Topal paylaşımında həyatının geridə qalan illərini dəyərləndirib.

“Bu gün 50-ci səhifəni açıram. Əslində, hələ də 18 yaşındayam, sadəcə üzərinə 32 illik möhtəşəm təcrübə əlavə olunub”, – deyə o bildirib.

Zuhal Topal yaşın sadəcə rəqəm olduğunu vurğulayaraq, sevincindən, enerjisindən və xəyallarından heç nə itirmədiyini qeyd edib. O, ailəsinə və illərdir onu dəstəkləyən pərəstişkarlarına təşəkkür edib.

“Salam, 50! Yolçuluq bütün gözəlliyi ilə davam edir. İnanıram ki, ən gözəl günlərimiz hələ qarşıdadır”, – deyə aparıcı yazıb.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR