Azərbaycan bu il ən çox nə alıb, nə satıb? – Statistika
2026-cı ilin ilk 8 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 33,2 milyard dollar təşkil edib. Bu müddətdə 21,8 milyard dollarlıq məhsul ixrac edilib, idxalın həcmi isə 11,4 milyard dollar olub. Sfera.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycan 175 ölkə ilə ticarət əməliyyatları aparıb. İdxal olunan məhsulların çeşidi 7 226, ixrac olunan malların çeşidi isə 2 436 olub. İdxalın strukturuna baxdıqda ən böyük pay maşın, mexanizm, elektrik aparatları