“Xiaomi 18 Pro Max” təqdim edildi

“Xiaomi 18 Pro Max” təqdim edildi
Kateqoriya məlum deyil
T

“Xiaomi” yeni flaqman modelləri – 18 Pro və 18 Pro Max-ı rəsmi olaraq təqdim edib. Güclü prosessor, 200 MP-lik kameralar və böyük batareya tutumu ilə seçilən telefonlar diqqət çəkib.

Sfera.az xəbər verir ki, hər iki modeldə 200 MP əsas kamera və 200 MP periskop telefoto obyektiv, həmçinin 50 MP Leica ultra geniş bucaqlı kamera yerləşdirilib. Arxa paneldə əsas kamera ilə çəkiliş zamanı vizor kimi istifadə edilə bilən 2,86 düymlük OLED ekran da var.

“Xiaomi 18 Pro” Snapdragon 8 Elite Gen 6, 18 Pro Max isə Snapdragon 8 Elite Extreme Gen 6 prosessoru ilə təchiz olunub. Batareya tutumu müvafiq olaraq 7 000 və 8 500 mAh təşkil edir. Modellər 100 Vt simli və 50 Vt simsiz sürətli enerji yığmanı dəstəkləyir.

“Xiaomi 18 Pro” 895 dollardan, 18 Pro Max isə 1 044 dollardan başlayır. Qeyd edək ki, şəffaf dizaynlı 1 TB versiyanın qiyməti isə 1 641 dollardır.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR