İşın Karacada böyük dəyişiklik: 36 ölçüyə qədər arıqladı

Türkiyəli müğənni İşın Karaca illər ərzində davam edən çəki itirmə prosesindən sonra 36 ölçülü geyimlərdən istifadə etdiyini açıqlayıb. Müğənni əvvəllər üst geyimdə 52, alt geyimdə isə 48 ölçü istifadə etdiyini bildirib.
Sfera.az xəbər verir ki, Kiprdə səhnəyə çıxan Karaca dəyişimi barədə danışarkən artıq paltarlarını rahatlıqla geyinə bildiyini və bundan məmnun olduğunu söyləyib.
Müğənni arıqladıqdan sonra ayaqlarının daha çox diqqət çəkdiyini də qeyd edib. O, qidalanma rejiminə tam qadağalar qoymadığını, bəzi günlər həyat yoldaşı Can Yapıcıoğlu ilə daha çox yemək yediklərini, daha sonra isə yenidən nəzarətli qidalanmaya qayıtdıqlarını bildirib.
Karaca əsasən gündə bir dəfə qidalandığını deyib. Gün ərzində çox acdıqda dişlərini fırçaladığını, əsas yeməkdən əlavə isə ayran, kefir və ya su qəbul etdiyini deyib.
Müğənni dəyişiminin əsas məqsədinin sadəcə arıqlamaq olmadığını vurğulayıb:
“Məsələ arıqlamaq deyil, sağlam olmaqdır”.
Karaca daha əvvəl tətbiq etdiyi qidalanma üsulunun hər kəs üçün uyğun olmadığını və mütəxəssis qiymətləndirməsinin vacib olduğunu da qeyd edib.
İradə Elsevər






