Seda Bakanın çəkməsinin qiyməti təəccübləndirdi - FOTO

Seda Bakanın çəkməsinin qiyməti təəccübləndirdi - FOTO
Kateqoriya məlum deyil
T

Türkiyəli aktrisa Seda Bakan tədbirlərdən birində seçdiyi qeyri-adi ayaqqabı ilə gündəmə gəlib.

Sfera.az xəbər verir ki, Bakan qara blazer libasını dizdən aşağı uzanan qara çəkmələrlə tamamlayıb.

Ayaqqabının ən diqqətçəkən xüsusiyyəti isə barmaqların tamamilə açıq qalması və dəri hissənin barmaqların arasından keçməsidir. Beləliklə, model klassik çəkmə ilə barmaqarası sandal formasını birləşdirib.

Aktrisanın seçimi sosial şəbəkələrdə də müzakirə olunub. Ayaqqabının “çəkmə, yoxsa sandal” olması ilə bağlı müxtəlif şərhlər yazılıb.

Modelin qiyməti də diqqət çəkib. Maqazin mənbələrində Seda Bakanın geyindiyi çəkmənin qiymətinin 58 min 500 türk lirəsi (2 031 manat) olduğu bildirilib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR