"Beren Saatla rəqib deyiləm" - Tuba Büyüküst

Türkiyəli aktrisa Tuba Büyüküstün illərdir Beren Saatla rəqib kimi təqdim edilməsinə münasibət bildirib. O, iki aktrisa arasında rəqabət olduğu barədə xəbərlərin həqiqəti əks etdirmədiyini deyib.
Sfera.az xəbər verir ki, Tuba Büyüküstün deyib ki, onunla Beren Saatın tez-tez müqayisə edilməsi media tərəfindən yaradılan süni gündəm olub.
Aktrisa bu mövzuda yayılan xəbərlərin arxasında real rəqabətin dayanmadığını vurğulayıb:
“Belə bir şey heç vaxt olmayıb. Bu, sadəcə maqazin xəbərlərinin daha çox izlənməsi və oxunması üçün yaradılmış hekayə idi. Elə göstərildi”.
Aktrisa daha əvvəl də Beren Saatla rəqib olmadığını açıqlamışdı.
O, həmin müsahibəsində iki aktrisanın davamlı müqayisə edilməsini də tənqid edərək serialların yalnız aktyorlardan ibarət olmadığını, ekran işlərinin ərsəyə gəlməsində çoxsaylı insanların əməyinin olduğunu bildirmişdi.
Böyüküstün həmin illərdə Beren Saatla şəxsən tanış olmadığını da söyləmişdi.
İradə Elsevər






