Tramp Si Cinpinlə görüşün əsas mövzusunu açıqladı

Kateqoriya məlum deyil
T
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə gözlənilən danışıqların əsas mövzularından birinin süni intellekt olacağını bəyan edib.
Sfera.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
"Çin Sədri Si Cinpinlə görüşümüz üçün vacib bir gündür. Müzakirələrin əsas mövzusunu süni intellekt və superkəşfiyyat məsələləri təşkil edəcək. Mən mövcud vəziyyəti və balansı olduğu kimi saxlamağın tərəfdarıyam, Çinin də analoji mövqedən çıxış etdiyini düşünürəm. Burada yeganə məhdudlaşdırıcı amil isə Ədliyyə Nazirliyidir", –deyə Tramp qeyd edib.
Bəsti Rəfizadə
Sfera.az






