Hadise yeni klipindən görüntüləri paylaşdı

Hadise yeni klipindən görüntüləri paylaşdı
Kateqoriya məlum deyil
T

Məşhur müğənni Hadise sosial media paylaşımı ilə yenidən diqqət mərkəzinə düşüb. Səhnə şouları, fərqli geyim seçimləri və açıqlamaları ilə tez-tez gündəmə gələn sənətçi bu dəfə klip çəkilişindən görüntülərini izləyiciləri ilə bölüşüb.

Sfera.az xəbər verir ki, Hadise yeni klipinin çəkilişləri zamanı kamera qarşısına ağ rəngli obrazla keçib. Müğənninin seçdiyi geyimdə korset detalları və bağcıqlı dizayn diqqət çəkib.

Sadə fon qarşısında çəkilən görüntülərdə Hadise əlində mikrofonla müxtəlif pozalar verib. Ağ rəngli qısa geyimi ilə kamera qarşısına keçən sənətçinin obrazı sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub.

Aktiv sosial media istifadəçilərindən olan Hadise paylaşımında klip çəkilişlərindən bir neçə kadr təqdim edib. O, fotolarına “Dörd fəsil H. Daha yeni başlayırıq…” qeydini yazıb.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR