Hande Erçel Cennifer Lopezlə eyni kadrda – FOTOLAR

Məşhur aktrisa Hande Erçel dünya şöhrətli müğənni Cennifer Lopezlə bir araya gəlib. İkilinin birlikdə çəkdirdiyi foto sosial mediada gündəm olub.
Sfera.az xəbər verir ki, son dövrlərdə beynəlxalq moda tədbirlərində tez-tez görünən Hande Erçel bu dəfə “Vogue World 2026: Milano” tədbirində iştirak edib.
“Milan Moda Həftəsi”nin açılış günü şəhərin məşhur məkanlarından biri olan Galleria Vittorio Emanuele II-də təşkil edilən tədbirdə Hande Erçel ağ rəngli geyimi ilə diqqət çəkib.
“Vogue Türkiyə”nin xüsusi dəvəti ilə gecəyə qatılan aktrisa tədbirdən yeni fotolarını sosial media hesabında paylaşıb. Onlardan biri isə Cennifer Lopezlə çəkdirdiyi kadr olub.
İkilinin fotosu qısa zamanda sosial şəbəkələrdə geniş müzakirə edilib. Hande Erçelin görünüşü izləyicilər tərəfindən bəyənilib və paylaşımına çoxsaylı şərhlər yazılıb.
Mənsumə










