Azərbaycanın gücü, görünməyən cəbhədə də sınanır
Müharibə deyildikdə əksər insanların ağlına ilk olaraq silahlar, hərbi texnika və cəbhə xətti gəlir. Halbuki müasir dünyada dövlətlər təkcə sərhədlərdə deyil, məhkəmə zallarında, informasiya məkanında, iqtisadi münasibətlərdə, kiberməkanda və hətta sosial şəbəkələrdə də mübarizə aparırlar. Bu mübarizənin əsas məqsədi isə ictimai və dövlət maraqlarının qorunmasıdır. Əslində hər bir vətəndaş – istər müəllim, istər həkim, istər jurnalist, istər sahibkar, istərsə də tələbə – bu görünməyən cəbhənin