FIFA-dan tarixi qərar: Çempionluq üzüyü veriləcək - FOTO

FIFA-dan tarixi qərar: Çempionluq üzüyü veriləcək - FOTO
Kateqoriya məlum deyil
T

2026-cı il FIFA Dünya Kubokunun qalibinə tarixdə ilk dəfə olaraq çempionluq üzüyü təqdim ediləcək.

Sfera.az xəbər verir ki, FIFA bu yeniliyin dünya futbolu tarixində ilk dəfə tətbiq olunacağını açıqlayıb.

Məlumata görə, dünya çempionu iyulun 19-da Nyu-Cersi stadionunda keçiriləcək Argentina – İspaniya final qarşılaşmasından sonra müəyyənləşəcək.

FIFA bildirib ki, NBA və NFL kimi məşhur idman liqalarında ənənəvi mükafat sayılan çempionluq üzüyü bu dəfə futbol üzrə dünya çempionlarına da təqdim ediləcək.

Ümumilikdə 2026 ədəd üzük hazırlanacaq. Onlardan 30-u dünya çempionu olan komandanın üzvlərinə veriləcək, qalan 1996 ədəd isə rəsmi lisenziyalı məhsul kimi dünyanın müxtəlif ölkələrində azarkeşlərin satışına çıxarılacaq.

Qurumun açıqlamasına əsasən, üzüyün bir tərəfində FIFA Dünya Kubokunun təsviri həkk olunacaq, digər tərəfi isə qalib komandanın adına uyğun fərdiləşdiriləcək. Hər üzük ayrıca nömrələnəcək, sahibinin adına hazırlanacaq və orijinallıq sertifikatı ilə birlikdə təqdim ediləcək.

FIFA bu təşəbbüslə Dünya Kubokunun qalibləri üçün yeni ənənənin əsasını qoymağı hədəfləyir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ