Vens İrandan xəbərdarlıq almayıb: "Yazılanlar həqiqəti əks etdirmir"

Vens İrandan xəbərdarlıq almayıb: "Yazılanlar həqiqəti əks etdirmir"
Kateqoriya məlum deyil
T

ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İran tərəfinin ABŞ nümayəndələrinin danışıqlar zamanı insayder məlumatlardan maliyyə qazancı əldə etməsi ilə bağlı iddialarını təkzib edib.

Sfera.az xəbər verir ki, Vens bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, İranın belə bir xəbərdarlığı barədə heç vaxt məlumat almayıb və mediada yayılan iddialar həqiqəti əks etdirmir.

Məsələ ABŞ-nin "Drop Site News" portalının yaydığı xəbərlə gündəmə gəlib. Nəşrin iddiasına görə, iyun ayında İsveçrədə keçirilən ABŞ-İran məsləhətləşmələri zamanı İran nümayəndələri ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin danışıqlardan əldə olunan məxfi məlumatlardan maliyyə bazarlarında istifadə etdiyini bildiriblər.

Vens isə bu ittihamları qətiyyətlə rədd edib.

"Əgər mən belə bir məlumat alsaydım, deyərdim ki, Cared və Stiv prezident Trampın komandasının etibarlı üzvləridir. Onlardan heç kim Yaxın Şərqdə sülh və sabitlik üçün daha çox çalışmayıb. Onların insayder məlumatlarla ticarət etməsi barədə iddialar tamamilə cəfəngiyatdır", - deyə vitse-prezident vurğulayıb.

Nəşrin yazdığına görə, İran tərəfi Uitkoff və Kuşnerin bazar manipulyasiyası yolu ilə təxminən 9 milyard dollar qazanc əldə etdiyini iddia edib. Bundan əlavə, onların İsrailin Baş naziri Benyamin Netanyahu və "Mossad" rəhbərliyi ilə müntəzəm əlaqə saxladıqları da irəli sürülüb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ