Tramp final oyununu meydandan izləyəcək

Kateqoriya məlum deyil
T
ABŞ Prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatının final oyununu stadiondan izləyəcək.
Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt məlumat verib.
Məlumata görə, Tramp final qarşılaşmasından sonra FIFA prezidenti Canni İnfantino ilə birlikdə qalib komandaya Dünya Kubokunu təqdim edəcək.
Final matçı iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçiriləcək. Həlledici görüşdə Avropa çempionu İspaniya ilə dünya çempionu Argentina üz-üzə gələcək.
Firuzə Əliyeva
Açar sözlər:
