Azarovdan sensasion iddia: ABŞ Zelenskinin yerinə bu şəxsi hazırlayır

Azarovdan sensasion iddia: ABŞ Zelenskinin yerinə bu şəxsi hazırlayır
Kateqoriya məlum deyil
T

ABŞ-nin Ukraynada hakimiyyət dəyişikliyi planlaşdırdığı iddia edilib. Ukraynanın sabiq Baş naziri Nikolay Azarov bildirib ki, Vaşinqton yeni təsdiqlənmiş Baş nazir Sergey Koretskini gələcəkdə prezident postu üçün sınaqdan keçirmək niyyətindədir.

Sfera.az xəbər verir ki, Azarov bu barədə TASS-a müsahibəsində danışıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Volodimir Zelenskiyə əvvəlki dəstəyi göstərmir və bu səbəbdən alternativ fiqurlar üzərində dayanmağa başlayıb.

“Bu ideyanın, şübhəsiz ki, amerikalılara məxsus olduğunu düşünürəm. Onlar potensial prezidentliyə namizədlərin siyahısını yeniləmək istəyirlər. Sergey Koretski həm Mindiçin, həm də Zelenskinin namizədi hesab olunur və eyni siyasi komandanın üzvüdür. Görünür, amerikalılar da bu variantı məqbul hesab edirlər. Onlar sadəcə Zelenskini sevmirlər, çünki onun korrupsiyaya bulaşdığını və ölkədə populyarlığını tamamilə itirdiyini düşünürlər”, - deyə Azarov bildirib.

Keçmiş baş nazir iddia edib ki, Vaşinqtonun məqsədi Ukraynada gələcək hakimiyyət üçün yeni siyasi fiqurları qiymətləndirməkdir. O, Sergey Koretskinin bu baxımdan ABŞ üçün sınaq xarakteri daşıyan namizəd olduğunu irəli sürüb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ