Rusiya Kiyevi vurdu, Aİ xüsusi sanksiya qəbul etdi

Rusiya Kiyevi vurdu, Aİ xüsusi sanksiya qəbul etdi
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq Rusiyaya qarşı “Kiyevə hücumlara görə” əsaslandırması ilə yeni sanksiyalar tətbiq edib.

Sfera.az xəbər verir ki, Aİ Şurasının qərarına əsasən, beş Rusiya vətəndaşı və "ABS Electro" sənaye qrupu sanksiya siyahısına daxil edilib.

Məlumata görə, Brüssel sözügedən şəxsləri və şirkəti Rusiyanın hücum dronları üçün elektron komponentlərin istehsalında iştirak etməkdə ittiham edir. Bildirilib ki, məhdudiyyətlər iyulun 1-i və 5-də Kiyevə endirilən zərbələrlə əlaqədar tətbiq olunub.

Qeyd edək ki, Aİ indiyədək bu ifadə ilə sanksiya tətbiq etməmişdi. Bununla belə, yeni məhdudiyyətlərin mahiyyəti əvvəlki sanksiyalarla eynidir. Belə ki, sanksiyaya məruz qalan şəxslərin Aİ ölkələrinə girişinə qadağa qoyulub, həmçinin Avropa ərazisindəki aktivləri dondurulacaq.

Xatırladaq ki, bundan əvvəl “Financial Times” qəzeti Yunanıstanın Avropa biznesi üçün yarana biləcək riskləri əsas gətirərək Rusiyaya qarşı hazırlanmış 21-ci sanksiyalar paketini blokladığını yazıb.

Yeni qərarın Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Kiyevə səfərindən cəmi iki gün sonra açıqlanması da diqqət çəkib. Euractiv nəşrinin məlumatına görə, fon der Lyayen iyulun 15-də Ukraynaya səfəri zamanı hava hücumu təhlükəsi səbəbindən bomba sığınacağına enmək məcburiyyətində qalıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ