Qətərdəki ABŞ bazasına raket atılıb

Qətərdəki ABŞ bazasına raket atılıb
Kateqoriya məlum deyil
T

İran silahlı qüvvələri Qətərdə yerləşən ABŞ-nin Əl-Udeyd hava bazasına hücum həyata keçirdiyini və əməliyyat zamanı bazanın radar sistemi ilə yanaşı, bir neçə yanacaqdoldurma təyyarəsinin məhv edildiyini iddia edib.

Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbə SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən həyata keçirilən “Nəsr-2” əməliyyatının 15-ci mərhələsi çərçivəsində endirilib.

“Ötən gecə həyata keçirilən cavab əməliyyatının davamı olaraq, “Nəsr-2” əməliyyatının 15-ci dalğası zamanı Qətərdə yerləşən ABŞ-nin Əl-Udeyd hava bazasına güclü və qəfil zərbə endirilib”, - deyə SEPAH-ın açıqlamasında qeyd olunub.

Məlumata görə, hücum nəticəsində bazadakı bir radar stansiyası və ABŞ-yə məxsus bir neçə strateji yanacaqdoldurma təyyarəsi tamamilə məhv edilib. Həmçinin digər bir neçə təyyarənin ciddi zədələndiyi iddia olunur.

Qeyd edək ki, İranın səsləndirdiyi bu məlumat hələlik ABŞ və ya Qətər rəsmiləri tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı qarşı tərəfin mövqeyi açıqlanacağı təqdirdə xəbər yenilənəcək.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ