Zelenski hakimiyyətdən gedir? - AÇIQLAMA

Zelenski hakimiyyətdən gedir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

ABŞ-nin Ukraynada hakimiyyət dəyişikliyi planlaşdırdığı iddia edilib. Ukraynanın sabiq Baş naziri Nikolay Azarov bildirib ki, Vaşinqton yeni təsdiqlənmiş Baş nazir Sergey Koretskini gələcəkdə prezident postu üçün sınaqdan keçirmək niyyətindədir. Həqiqətən, atəşkəs və sülh üçün Zelenskinin hakimiyyətdən getməsi kifayətdir?

Məsələ ilə bağlı politoloq Əli Mustafa Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Kremlin və yaxud Amerikanın Ukrayna və Zelenski ilə bağlı hansısa planları ola bilər, amma mən düşünürəm ki, ilk növbədə Zelenskinin özü, daha sonra isə Ukrayna xalqı və Ukrayna dövləti bu məsələyə qərar verə bilər: “İndiki halda nə Amerikanın, nə də Rusiyanın Ukraynada hakimiyyət dəyişikliyinə təsir edə biləcək real mexanizmləri var. Onların nə istəməsindən, nə arzulamasından, yeni baş nazirin və ya prezidentin kim olmasını arzu etməsindən asılı olmayaraq, hakimiyyət və prezidentlik məsələsi Ukraynanın özündə həll olunur. Hazırkı vəziyyətdə Zelenski demək olar ki, ölkənin şəksiz lideridir.

O, hakimiyyətə nəzarət edir, hökumətdə müəyyən problemlər yarananda dərhal dəyişikliklər edir. Korrupsiya məsələləri ilə bağlı səslənən qınama və ittihamlara qarşı isə səbirli davranır, bu proseslərə müdaxilə etmir. Özü də bu məsələlərdə hallanmır ki, bu da vacib məqamlardan biridir”. Ekspertin sözlərinə əsasən, Rusiya və Amerikanın bu prosesə müdaxilə etmək imkanları zəifdir: “Düzdür, yeni müdafiə nazirinin vəzifədən uzaqlaşdırılması ölkədə ciddi narazılıq yaradıb. Hətta onun vəzifədən azad olunması bəzi dairələr tərəfindən korrupsiyaya yol açılması cəhdi kimi qiymətləndirilir və bu barədə müxtəlif fikirlər səsləndirilir. Lakin bütün bunlara baxmayaraq, Ukraynanın siyasi taleyinə və ölkədə gedən proseslərə hələ də Zelenski və onun komandası nəzarət edir, rəhbərlik edir. Doğrudur, onun prezidentlik səlahiyyət müddəti başa çatıb. Ancaq bu da ölkədə mövcud olan hərbi vəziyyətlə əlaqədardır. Hərbi vəziyyətə görə prezident seçkiləri keçirilmir. Ola bilər ki, gələcəkdə seçkilər keçirilsin və həmin seçkilərdə yenidən Zelenski və ya başqa bir namizəd prezident seçilsin. Amma hələlik mən hesab edirəm ki, həm Rusiyanın, həm də

Amerikanın bu proseslərə birbaşa müdaxilə imkanları kifayət qədər məhduddur”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ