Qida böhranı gözlənilə bilər

Qida böhranı gözlənilə bilər
Kateqoriya məlum deyil
T

Ukraynanın liman infrastrukturuna ardıcıl hücumlardan sonra Qara dənizdə dəniz daşımaları faktiki olaraq dayanıb. Vəziyyət yeni ixrac mövsümünün başlanmasına qədər dəyişməsə, dünyada ərzaq böhranı yarana bilər.

Sfera.az bildirir ki, bu barədə “Foreign Policy” analitik məqaləsində yazıb.

Nəşrin məlumatına görə, dəniz dəhlizi formal olaraq açıq qalsa da, raket və pilotsuz uçuş aparatları ilə hücum təhlükəsi səbəbindən gəmi sahibləri Ukrayna limanlarına yükdaşıma həyata keçirməkdən çəkinirlər.

Ukrayna iyulun 23-də Böyük Odessa bölgəsindəki üç liman vasitəsilə dəniz daşımalarını dayandırdığını açıqlayıb. Kiyevin məlumatına görə, yalnız iyul ayında Rusiya hücumları nəticəsində Ukrayna və xarici ölkələrə məxsus 57 gəmi limanlarda və Qara dəniz hövzəsində zərər görüb.

Nəticədə Ukraynanın rəsmi statistikasına əsasən, buğda ixracı təxminən üçdə bir azalıb, dəniz daşımalarının qiyməti isə iki dəfəyə yaxın bahalaşıb.

Məqalədə qeyd olunur ki, Qara dəniz limanları Ukraynanın ixracı üçün əsas nəqliyyat qapısı olaraq qalır. Ölkənin aqrar sektor üzrə ixracının təxminən 90 faizi, həmçinin mədənçıxarma və metallurgiya məhsullarının əhəmiyyətli hissəsi məhz bu limanlar vasitəsilə həyata keçirilir. Bu sahələr Ukraynanın valyuta gəlirlərinin təxminən 75 faizini təmin edir.

“Foreign Policy”nin məlumatına görə, Ukrayna indiyədək dəniz daşımalarındakı problemlər səbəbindən 1,5-3 milyard dollar itirib. Vəziyyətin davam etməsi qlobal ərzaq bazarında da ciddi risklər yarada bilər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR