Bu BÜRCLƏR şanslı dövrə girir

Bu BÜRCLƏR şanslı dövrə girir
Kateqoriya məlum deyil
T

Astroloji proqnozlara görə, avqust ayında bəzi bürclər üçün maliyyə baxımından uğurlu günlər başlayır. Gözlənilməz gəlir, əlavə qazanc, yeni iş imkanı və ya uzun müddətdir gözlənilən ödəniş bu bürclərin üzünü güldürə bilər.

Sfera.az həmin bürcləri təqdim edir.

Buğa bürcləri üçün maddi məsələlərdə hərəkətli dövr başlayır. İşlə bağlı yeni təklif və ya əlavə qazanc imkanı onların büdcəsinə müsbət təsir göstərə bilər. Gözləmədikləri bir yerdən gələcək pul isə planlarını dəyişə bilər.

Şir bürcləri də maliyyə baxımından şanslı dövrə qədəm qoyur. Əməklərinin qarşılığını almaq, mükafat və ya əlavə gəlir əldə etmək ehtimalları artır. Xüsusilə iş həyatında qarşılarına çıxan fürsətləri diqqətlə dəyərləndirmələri faydalı ola bilər.

Oxatan bürcləri üçün isə gözlənilməz maliyyə xəbəri gündəmə gələ bilər. Gecikmiş ödənişin alınması, borcun geri qaytarılması və ya yeni qazanc mənbəyinin ortaya çıxması mümkündür. Bu dövrdə maliyyə ilə bağlı verdikləri qərarlar gələcək planlarına da təsir edə bilər.

Astroloqlar bildirirlər ki, ulduzların təsiri hər kəs üçün fərqli ola bilər. Buna görə də şanslı dövrü yalnız gözləmək deyil, qarşıya çıxan imkanları düzgün qiymətləndirmək də vacibdir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR