Yemək yeyərkən bunları edənlər daha tez doyur

Yemək yeyərkən bunları edənlər daha tez doyur
Kateqoriya məlum deyil
T

Yemək zamanı qidanın çıxardığı səsləri eşitmək və qidaya toxunmaq toxluq hissinin daha tez yaranmasına kömək edə bilər. Mütəxəssislər bildirirlər ki, yeməyi yavaş yemək və yaxşı çeynəmək də toxluq hissini artırır.

Sfera.az xəbər verir ki, çəkiyə nəzarətdə yalnız nə yediyimiz deyil, qidanı necə qəbul etdiyimiz də mühüm rol oynayır. Xüsusilə televiziya, telefon və ya kompüter qarşısında yemək yemək diqqəti qidadan yayındıraraq toxluq siqnallarının gecikməsinə və normadan artıq qida qəbuluna səbəb ola bilər.

Qidalanma və pəhriz üzrə mütəxəssis Ayşegül Akkaya Erdemin sözlərinə görə, sağlam çəki idarəsində qidaların seçimi ilə yanaşı yemək vərdişləri də əhəmiyyətlidir.

Kök, xiyar, alma kimi qidaları dişləyərkən yaranan xırtıltı səsləri yemək təcrübəsini daha doyurucu edə bilər. Bu səslərin qidanın təzə və sağlam olduğu hissini gücləndirdiyi, nəticədə insanın daha tez toxluq hiss etməsinə kömək edə biləcəyi qeyd olunur.

Qidanı tələsmədən yemək, hər loxmanı uzun müddət və yaxşı çeynəmək də toxluq hissinin yaranmasına kömək edir. Xüsusilə çiy tərəvəz və meyvələrin qida rasionunda artırılması həm lif qəbulunu yüksəldir, həm də çeynəmə müddətini uzadır.

Bəzi qidaları əllə yemək də qida ilə bağlı duyğusal təcrübəni gücləndirə bilər. Qidanın teksturasını hiss etmək görmə və toxunma duyğularını daha aktiv şəkildə prosesə cəlb edərək yeməkdən alınan məmnunluğu artıra bilər.

Mütəxəssislər çəkiyə nəzarət üçün liflə zəngin qidaların porsiyalara əlavə edilməsini, yemək zamanı ekranlardan uzaq durmağı və hər loxmanı yaxşı çeynəməyi tövsiyə edirlər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR