“Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda

“Disney”in məşhur “Home Alone” (“Evdə tək”) franşizasının yeni filmi üzərində işlədiyi bildirilir.
Sfera.az bildirir ki, TMZ-nin məlumatına görə, ekran əsərinin 2027-ci ildə təqdim edilməsi planlaşdırılır və baş rolda Makoley Kalkinin, eləcə də orijinal filmlərin bəzi aktyorlarının yenidən yer alacağı gözlənilir.
Yeni filmdə hadisələrdən 37 il sonra Kevin Makallister artıq böyüyüb və təkbaşına uşaq böyüdən ata kimi təqdim olunur.
Süjetə görə, Kevinin dəcəl oğlu onu ailə evindən kənarda qoyur. Bundan sonra Kevin evə qayıtmaq üçün uşaqlıq illərindəki yaradıcılığına müraciət edir və evi müxtəlif, olduqca mürəkkəb tələlərlə dolu əsl qalaya çevirir.
Evə daxil olmaq üçün çıxış yolu axtaran Kevin bir vaxtlar istifadə etdiyi üsulları xatırlamalı olur. O, hətta keçmiş düşmənləri – məşhur “Yaş Banditlər” Harri və Marvlə əməkdaşlıq etməyə məcbur qalır.
Beləliklə, yeni ekran əsərində Kevin və onun keçmiş rəqiblərini sonuncu dəfə bir araya gətirən xaotik və əyləncəli macəranın baş verəcəyi gözlənilir.
Qeyd edək ki, ilk “Evdə tək” filmi 1990-cı ildə ekranlara çıxıb və Makoley Kalkinin canlandırdığı Kevin Makallister obrazı dünya üzrə ən məşhur uşaq kino personajlarından birinə çevrilib.
İnci
Sfera.az






