"Rusiyanın NATO-ya hücum ehtimalı minimaldır"

Estoniya Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Rayner Saks Rusiyanın NATO-ya hücum etməsi ehtimalını minimal hesab edir.
Sfera.az xəbər verir ki, onun sözlərini RİA Novosti Estoniyanın ERR telekanalına istinadən yayıb.
Saks Rusiyanın müəyyən addımlar ata biləcəyini istisna etməsə də, mümkün əməliyyatın konkret detallarını açıqlamayıb. O, Rusiyanın NATO-ya qarşı hipotetik əməliyyatı üçün bu ilin payızından 2029-cu ilə qədər olan dövrün göstərilməsini isə “tamamilə absurd” adlandırıb.
Qeyd edək ki, bundan əvvəl Finlandiyanın keçmiş prezidenti Sauli Niinistö də Rusiyanın NATO ölkələrinə hücum ehtimalını istisna edib.
Rusiya Prezidenti Vladimir Putin isə Moskvanın NATO-ya hücum etməkdə hansı marağının ola biləcəyi barədə düşünməyi təklif edib.
İnci
Sfera.az






