Demet Akalının makiyajsız görüntüsü diqqətçəkdi

Demet Akalının makiyajsız görüntüsü diqqətçəkdi
Kateqoriya məlum deyil
T

Sosial mediada aktivliyi ilə seçilən məşhur türkiyəli müğənni Demet Akalın bu dəfə makiyajsız və filtersiz görüntüsü ilə gündəmə gəlib.

Sfera.az xəbər verir ki, arıqlaması ilə də diqqətçəkən sənətçi açıqlamaları və sosial media paylaşımları ilə tez-tez müzakirə olunur. Konsert proqramından fürsət tapdıqca istirahət edən Akalın bu dəfə təbii görünüşü ilə diqqətçəkib.

Sosial mediada filtrlərdən istifadə edilərək hazırlanan qüsursuz görüntülərin geniş yayıldığı bir vaxtda Demet Akalın təbiiliyindən vaz keçməyib.

Məşhur müğənni makiyajsız və filtersiz videosunu izləyiciləri ilə bölüşüb. Onun bu paylaşımı qısa zamanda diqqətçəkib.

Qeyd edək ki, Demet Akalın ötən gün Kiprdə səhnəyə çıxıb. Son dövrlərdə iş qrafikinin olduqca sıx olduğunu bildirən sənətçi “tükənmişlik sindromu” yaşadığını deyərək bunu zarafatla ifadə edib.

Mənsumə

Sfera.a

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR