Vuçiç Zelenski ilə görüşdə gizli qalan məqamı açıqladı: Müharibədən sonra...

Vuçiç Zelenski ilə görüşdə gizli qalan məqamı açıqladı: Müharibədən sonra...
Kateqoriya məlum deyil
T

Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşün detalları barədə açıqlama verib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Vuçiç bildirib ki, tərəflər görüş zamanı hərbi əməkdaşlıq məsələsini müzakirə etməyiblər. Bununla belə, Serbiya lideri Ukraynada münaqişə başa çatdıqdan sonra bu mövzunun gündəmə gələ biləcəyini istisna etməyib.

Qeyd edək ki, Zelenski avqustun 8-də Belqrada səfər edib. Onu Aleksandar Vuçiç qarşılayıb. Daha sonra iki lider əvvəlcə təkbətək, ardınca isə nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirib.

Bu, Vuçiç və Zelenski arasında son dövrlərdə keçirilən ilk görüş deyil. Serbiya Prezidenti iyulun 15-də Kiyevdə keçirilən Cənub-Şərqi Avropa–Ukrayna sammitində də iştirak edib və Zelenski ilə görüşüb. Lakin həmin vaxt Vuçiç sammitin yekun bəyannaməsini imzalamaqdan imtina edib.

Bu dəfə isə Serbiya Prezidenti Ukraynanın ərazi bütövlüyünə dəstəyini açıq şəkildə ifadə edib. O, Serbiyanın BMT Nizamnaməsinə və BMT üzvü olan bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmət etdiyini bildirib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR