Klinton: Tramp üçün Nobel sülh mükafatından çox Putinlə münasibətlər önəmlidir

ABŞ Prezidenti Donald Tramp üçün Nobel Sülh Mükafatına layiq görülmək Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlər qurmaqdan daha az əhəmiyyətlidir.
Sfera.az bildirir ki, bu fikri ABŞ-nin keçmiş dövlət katibi, 2016-cı il prezident seçkilərində Trampın rəqibi olmuş Hillari Klinton “Pivot” podkastında jurnalist Kara Svayzerə açıqlamasında bildirib.
Klinton xatırladıb ki, bir neçə ay əvvəl Ukrayna münaqişəsinin həllinə kömək edəcəyi təqdirdə Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyinə söz verib.
“Amma onu daha çox Putinlə münasibətlər maraqlandırır. Bütün səbəbləri bilmirəm, amma görünür, o, Putinin rəğbətini Nobel Sülh Mükafatından daha çox istəyir”, – Klinton bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl Klintonun Ukrayna münaqişəsi başa çatdıqdan sonra onu Nobel Sülh Mükafatına namizəd göstərməsi halında onun ona qarşı münasibətinin dəyişəcəyini söyləmişdi.
İnci
Sfera.az






