Zelenski Vuçiçlə görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Serbiyaya səfəri çərçivəsində bu ölkənin lideri Aleksandr Vuçiçlə görüşəcək. Tərəflərin danışıqları zamanı Belqradın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq mövqeyinin də müzakirə olunacağı gözlənilir.
Sfera.az bildirir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva açıqlama verib.
Jovkva bildirib ki, Zelenskinin Avropada Rusiyanın müttəfiqi kimi qiymətləndirilən Serbiyaya səfəri zamanı Ukraynadakı müharibə və onun Avropaya təsirləri əsas müzakirə mövzularından biri olacaq.
Serbiyanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq mövqeyini niyə dəyişmək niyyətində olmadığı ilə bağlı suala cavab verən Jovkva qeyd edib ki, bu məsələni Zelenski birbaşa Vuçiçlə müzakirə edəcək.
Görüş zamanı, həmçinin Ukrayna və Serbiyanın Avropaya inteqrasiyası məsələlərinin müzakirə olunacağı bildirilib.
Qeyd edək ki, bundan əvvəl politoloq Nikolay Mejeviç Zelenskinin Serbiyaya səfərinin daha çox piar xarakteri daşıdığını ehtimal edib. O, səfərin Belqradın Rusiyaya münasibətində hər hansı ciddi dəyişikliyə səbəb olacağına şübhə etdiyini bildirib.
İnci
Sfera.az






