Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir

Kateqoriya məlum deyil
T
Estoniya parlamentinin dövlət müdafiəsi komissiyasının sədri Kalev Stoyçesku Rusiya ilə ölkəsinin şərq sərhədinin bağlanmasını təklif edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Stoyçesku Rusiyanın NATO ölkələrinə mümkün hücumu ilə bağlı iddiaları spekulyativ adlandırıb. Bununla belə, onun sözlərinə görə, Estoniyanın təhlükəsizliyi “şərq sərhədindən başlayır” və həmin sərhəd daha da möhkəmləndirilməli, həmçinin bağlanmalıdır.
Qeyd edək ki, daha əvvəl Estoniyanın Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Rayner Saks Rusiyanın NATO ölkələrinə hücum ehtimalını minimal qiymətləndirib. Rusiya Prezidenti Vladimir Putin isə Moskvanın NATO-ya niyə hücum etməli olduğunu düşünməyə çağırıb.
İnci
Sfera.az






