Telefondan çox istifadə edənlərin diqqətinə!
Smartfonlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. İş, təhsil, sosial şəbəkələr və əyləncə üçün uzun müddət telefondan istifadə etmək isə zamanla orqanizmə müxtəlif təsirlər göstərə bilər. Xüsusilə telefonu uzun müddət eyni vəziyyətdə tutmaq gözlərə, boyun və kürək nahiyəsinə, eləcə də yuxu rejiminə mənfi təsir göstərə bilər. Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə, telefon istifadəsinin ən çox hiss olunan təsirlərindən biri boyun və çiyin nahiyəsində yaranan ağrılardır.