Bu gün Ümumdünya İlk Tibbi Yardım Günüdür

Hər il sentyabr ayının ikinci şənbə günü Ümumdünya İlk Tibbi Yardım Günü qeyd olunur.
Sfera.az xəbər verir ki, bu günün əsas məqsədi insanların fövqəladə və gözlənilməz hadisələr zamanı ilk tibbi yardım göstərə bilməsi üçün zəruri biliklərə yiyələnməsinə diqqət çəkməkdir.
İlk tibbi yardım qəza, xəsarət, qəfil xəstələnmə və digər təcili hallarda həkim və təcili tibbi yardım briqadası hadisə yerinə çatana qədər göstərilən ilkin müdaxiləni əhatə edir. Vaxtında və düzgün göstərilən yardım bəzi hallarda insan həyatının xilas edilməsində həlledici rol oynaya bilər.
Ümumdünya İlk Tibbi Yardım Günü çərçivəsində cəmiyyətin müxtəlif təbəqələri arasında ilkin tibbi yardım bacarıqlarının təbliği, maarifləndirmə tədbirlərinin keçirilməsi və insanların belə vəziyyətlərə hazırlıqlı olması təşviq edilir.
Günün qeyd olunması ilk tibbi yardımın yalnız tibb işçilərinin deyil, hər bir insanın bilməli olduğu vacib bacarıqlardan biri olduğuna diqqət çəkir.
İradə Elsevər






