ABŞ-İran qarşıdurması ticarətə zərbə vurub

ABŞ və İran arasında davam edən qarşıdurma Hörmüz boğazında dəniz ticarətinə ciddi təsir göstərib. Boğazda gəmi hərəkətliliyi kəskin azalıb, çoxsaylı ticarət gəmiləri isə keçidlərin bərpasını gözləyir.
Sfera.az xəbər verir ki, İranın ABŞ-nin hücumlarını əsas gətirərək avqustun 12-də Hörmüz boğazını yenidən bağladığını açıqlamasından sonra bölgədə gəmi hərəkəti demək olar ki, dayanıb.
İranın Hörmüzqan əyalətinin Bəndər-Abbas şəhəri yaxınlığında, xüsusilə konteyner və neft tankerləri olmaqla, çoxsaylı ticarət gəmilərinin lövbər salaraq gözlədiyi bildirilir.
Məlumata görə, İran sahillərinə yaxın ərazilərdə gözləyən gəmilərin heyətinə əsas ehtiyac məhsulları, gəmilərə isə texniki avadanlıqlar kiçik qayıqlarla çatdırılır.
Uzun müddət hərəkətsiz qalan bəzi gəmilərin su ilə təmasda olan hissələrində deformasiya yarandığı müşahidə edilib. Gəmi heyətlərinin isə gözləmə müddətində kiçik qayıqlardan istifadə edərək balıq tutduğu bildirilib.
Bəndər-Abbasdan təxminən 10 mil məsafədə yerləşən gəmilərin lövbər salaraq hərəkətsiz qalması bölgədə dəniz ticarətinin ciddi şəkildə məhdudlaşdığını göstərir.
İradə Elsevər






