Tramp Respublikaçıları hədələdi: “Cəhənnəmə gedəcəksiniz”

ABŞ Prezidenti Donald Tramp Texas ştatının Dallas şəhərində keçirilən Respublikaçılar Partiyasının aralıq seçkilərlə bağlı konqresində tərəfdarlarına müraciət edib.
Sfera.az xəbər verir ki, ABŞ-də aralıq seçkilərə az müddət qalmış siyasi partiyalar seçiciləri fəal şəkildə səsverməyə cəlb etməyə çalışır.
Bu çərçivədə Dallasda keçirilən Respublikaçılar Partiyasının konqresində çıxış edən Trampın seçicilərdən səs istəmə üsulu diqqət çəkib.
Tramp çıxışı zamanı salondakı iştirakçılardan sağ əllərini qaldırmalarını istəyib və onlara seçkilərdə səs verəcəklərinə dair and içdirib.
Daha sonra o, noyabrda keçiriləcək seçkilərdə səs verəcəyini bildirib.
Tramp çıxışının davamında isə səs verməyən seçicilərlə bağlı sərt ifadələr işlədib:
“Səs verməsəniz, cəhənnəmə gedəcəksiniz. Biz birlikdə kommunistləri və radikal solçuları məğlub edəcəyik”.
ABŞ Prezidentinin seçicilərdən səs almaq üçün verdiyi vədlər bununla da məhdudlaşmır.
Tramp daha əvvəl Respublikaçılar Partiyasının seçkilərdə qalib gələcəyi və Konqresdə çoxluğu əldə edəcəyi təqdirdə ölkədəki hər yetkin vətəndaşa 5 min dollar məbləğində “Tramp dividendi” ödəniləcəyini açıqlayıb.
İradə Elsevər






