Texniki nasazlıq İngiltərədə hava nəqliyyatını iflic etdi

Kateqoriya məlum deyil
T
İngiltərədə hava nəqliyyatında ciddi fasilələrə səbəb olan hava hərəkətinin idarəetmə sistemindəki texniki nasazlığın səbəbi açıqlanıb.
Sfera.az xəbər verir ki, bildirilib ki, problem Böyük Britaniyanın Milli Hava Hərəkəti Xidmətinin (NATS) sistemlərində yaranan texniki nasazlıqla bağlı olub.
Nasazlıq səbəbindən ölkənin bir sıra hava limanlarında uçuşlar gecikib və bəzi reyslər dayandırılıb.
Hadisə London və digər şəhərlərdə hava nəqliyyatının işinə ciddi təsir göstərib. Minlərlə sərnişin uçuşların gecikməsi və ləğvi ilə üzləşib.
Böyük Britaniyanın Nəqliyyat Nazirliyi hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb. Nazirlikdən bildirilib ki, baş verən nasazlığın qarşısının alınmasının mümkün olub-olmadığı da araşdırılacaq.
İradə Elsevər
Açar sözlər:






