CIA məxfi hesabatları açıqladı: 11 sentyabrdan öncə...

CIA məxfi hesabatları açıqladı: 11 sentyabrdan öncə...
Kateqoriya məlum deyil
T

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) 2001-ci il iyulun 24-də hazırlanan kəşfiyyat sənədində Bin Ladenin dəstəklədiyi və yaxın zamanda həyata keçirilməsi gözlənilən terror əməliyyatının təxirə salındığı bildirilib. Bununla yanaşı, yaxın dövrdə başqa hücumlara hazırlıqların davam edə biləcəyi qeyd olunub.

Sfera.az xəbər verir ki, avqustun 6-da hazırlanan hesabatın 11 sentyabr hadisələrindən öncəyə təsadüf etməsi böyük maraq doğurub.

Sənəddə Bin Ladenin ABŞ-yə hücum etmək niyyəti ilə bağlı qiymətləndirmələr yer alıb. CIA-nın avqustun 28-də hazırladığı sənəddə də “Əl-Qaidə”nin fəaliyyəti barədə yeni məlumatlar nəzərdən keçirilib.

Buna baxmayaraq, kəşfiyyat hesabatlarında hücumun konkret üsulu və miqyası barədə dəqiq proqnoz verilməyib.

CIA analitikləri 11 sentyabr hücumlarından əvvəl terror təhdidlərinin kəşfiyyat fəaliyyətində indiki qədər prioritet olmadığını bildiriblər. Bin Laden və “Əl-Qaidə” barədə, xüsusilə insan mənbələrindən əldə edilən məlumatların məhdud olduğu vurğulanıb.

Rəsmilər prezident səviyyəsində ardıcıl hazırlanan hesabatların zamanla “xəbərdarlıq yorğunluğu” yarada biləcəyinə də diqqət çəkiblər.

11 sentyabr hücumlarından sonra ABŞ-nin Usamə bin Ladeni tapmaq səyləri təxminən 10 il davam edib. ABŞ xüsusi təyinatlı qüvvələri 2011-ci il mayın 2-də Pakistanın Abbottabad şəhərində keçirdiyi əməliyyat nəticəsində “Əl-Qaidə” liderini öldürüb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR