“İranla müharibə tezliklə başa çatacaq”

“İranla müharibə tezliklə başa çatacaq”
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp rəsmi səfərdə olduğu İrlandiyanın paytaxtı Dublində mühüm bəyanatlarla çıxış edib. Səfər çərçivəsində jurnalistlərin suallarını cavablandıran Tramp İranla müharibə, neft qiymətləri, Səudiyyə Ərəbistanındakı boru kəmərinə hücum, Qəzza və Hörmüz boğazı ilə bağlı diqqətəlayiq fikirlər səsləndirib.

Sfera.az xəbər verir ki, ABŞ dövlət başçısı İranla münaqişənin uzun sürməyəcəyini və noyabrda keçiriləcək aralıq seçkilərindən sonra tamamilə başa çatacağını iddia edib.

Münaqişənin iqtisadi təsirlərinə toxunan Tramp neft bazarındakı vəziyyətə də münasibət bildirib:

“Müharibə çox yaxında sona çatacaq. Döyüşlər bitən kimi neft qiymətləri sürətlə aşağı düşəcək".

Səudiyyə Ərəbistanındakı neft kəmərinə edilən hücum barədə danışan ABŞ Prezidenti hadisəyə görə böyük ehtimalla İranın məsuliyyət daşıdığını qeyd edib.

Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Səlmanla münasibətlərindən söz açan Tramp, "Vəliəhd şahzadə mənim yaxın dostumdur. Hər şey yoluna düşəcək", — deyə əlavə edib.

Yəməndəki husilərin ABŞ ilə birbaşa toqquşmadan qaçdığını bildirən dövlət başçısı "Husilər bizimlə müharibə etmək istəmir", — ifadələrini işlədib.

Regionun strateji əhəmiyyətli nöqtəsi olan Hörmüz boğazı haqqında da iddialı danışan Tramp, boğazın ABŞ-nin nəzarətində olduğunu bəyan edib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR