ABŞ-də günlərlə dənizdə qalan uşaq xilas edildi

ABŞ-nin Alyaska ştatı yaxınlığında Berinq dənizində balıq tutmaq üçün dənizə çıxan 15 yaşlı uşaq qəzaya uğrayan qayığın üzərində günlərlə qaldıqdan sonra xilas edilib.
Sfera.az xəbər verir ki, məlumata görə, Lourens adasındakı Savunqa kəndindən üç nəfər balıq tutmaq üçün dənizə çıxıb.
Onların bazar günü səhər geri qayıtması gözlənilsə də, geri dönmədikləri üçün ailələri itkin düşdükləri barədə məlumat verib.
ABŞ Sahil Mühafizəsi ertəsi gün təyyarə və helikopterlərlə axtarışlara başlayıb. Hava ekipajlarından biri uşağı bazar ertəsi səhər saatlarında aşkar edib. Daha sonra onun yanına xilasedici sal və zəruri avadanlıqlar göndərilib.
Qeyd olunur ki, uşaq və əmisi oğlu bir müddət dağılmış qayıqda qalıblar. Lakin sonra əmisi oğlu suya düşüb. Uşaq xilas edildikdən sonra qardaşının da qayığın altında qaldığını bildirib.
Xilasetmə əməliyyatına cəlb olunan balıqçı gəmisinin ekipajı uşağı sudan çıxararaq göyərtəyə qaldırıb. Təxminən 10 dərəcə Selsi temperaturunda olan suda uzun müddət qalan uşağın hipotermiya əlamətləri göstərdiyi bildirilib. Ekipaj onu isti örtüklər və kompreslərlə qızdırıb.
Sonradan uşağın qardaşı və əmisi oğlunun meyitləri də tapılıb.
İradə Elsevər






